Güclü yağış sel və daşqınlara səbəb oldu - Faktiki hava

10:50 25.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 23-ü saat 13:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.

 

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Sel: Güclü yağış nəticəsində Balakənçay ( Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala ) hal-hazırda sel və daşqın hadisəsi müşahidə olunur.

 

Düşən yağışın miqdarı: Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161 %-i), Əlibəydə 12.0 mm (aylıq normanın 100%-i), Zaqatalada 94.0 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub.

 

Külək: Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.

Oxunma sayı 20