“Gücünüz, qüvvətiniz əskik olmasın, Azərbaycan polisi!” – Eldəniz Səlimov

12:42 15.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ölkə başçısı İlham Əliyev polislərimiz haqqında həmişə yüksək fikirdə olub. Onların fəaliyyətini təqdir edib. O, görüşlərin birində qeyd edib ki, Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir: “Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz!"

Millət vəkili Eldəniz Səlimov hafta.az-a açıqlamasında deyib ki, Azərbaycan polisi, daxili işlər orqanları yarandığı gündən, 1918-ci ilin iyulundan bu günə kimi, ötən 101 il ərzində böyük və şərəfli bir yol keçib:

“İstər yarandığı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa və şərəfli mövcudluğu dövründə, ilk cümhuriyyət dövrümüzdə, istər 71 illik sovetlər dövründə və bir çox hallarda onun çətin, ağır şərtləri altında, istərsə də ikinci müstəqillik-ikinci cümhuriyyət dövrünüdə, 1991-ci ilin avqust-oktyabr aylarından bu yana son 28 il ərzində Azərbaycan polisi, daxili işlər orqanları və onun əməkdaşları hər zaman dövlətinin, xalqının yanında olub. Xüsusilə, ikinci müstəqillik illərində, o cümlədən, 1988-ci ilin yanvar-fevral aylarından - erməni şovinistləri və faşistləri tərəfindən Qarabağ fitnəkarlıqlarının başladılmasından bu günümüzə qədər Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizə ilə yanaşı, dövlətimizin, xalqımızın təhlükəsizliyinin, əmin-amanlığının, ərazi bütövlüyümüzün təmin edilməsində də öz misilsiz və fədakar addımları ilə seçilib, fərqlənib”.

Millət vəkili bildirib ki, Qarabağ hadisələri başlayan zaman müstəqil dövlətimiz, ordumuz olmadığına görə, erməni fintəkarlarına və işğalçılarına qarşı mübarizədə Azərbaycan polisi o zamankı sovet quruluşunun buxovlarına rəğmən daim ön sırada dayanıb, sinəsini düşmənə sipər edib, xeyli sayda şəhidlər verib, əlil olanları, yaralananları olub:

“Həmçinin, Qarabağ fitnəkarlıqlarına, sovet rəhbərliyinin yarıtmaz və ermənipərəst siyasətinə qarşı etiraza qalxan və tarixində ikinci milli istiqlal mübarizəsinə başlayan Azərbaycan xalqının 1990-ci ilin Yanvarında, 20 Yanvar gecəsində sovet orsusu və daxili işlər orqanlarının əməkdaşları tərəfindən gülləbaran edilməsinə, haqq səsinin qanda boğulmasına, batırılmasına cəhd göstərilməsi zamanı Azərbaycan polisi öz xalqının yanında olub, ona güllə atmaqdan imtina edib, hətta, 20 Yanvar hadisələrinə etiraz əlaməti olaraq, daxili işlər orqanlarından istefa verənlər, 20 Yanvarın qatillərindən, canilərindən olan keçmiş SSRİ daxili işlər naziri Bakatinə qarşı sərt, ağır sözlər söyləyənlər, onu qanlı cinayət əməlindədə ittiham edən polislərimiz (keçmiş milislərimiz) olub. Eyni zamanda, qanlı və şərəfli 20 Yanvar hadisələrində şəhid və əlil olan, yaralanan polislərimiz olub. Budur Azərbaycan polisi, budur Azərbaycan polsinin şanlı tarixi!”

Eldəniz Səlimovun sözlərinə görə, 1991-ci ilin avqust-oktyabr aylarında ikinci müstəqilliyinə qovuşduğu günlərdə də müstəqil Azərbaycanın ordusu olmayıb. Sadəcə, könüllülər dəstələri, özfəaliyyət səviyyəsində olan batalyonlar torpaqlarımızın qorumasına səfərbər olunub:

“Həmin ağır dövrlərdə də torpaqlarımızın qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi funksiyasını Azərbaycan polisi, Azərbaycan daxili işlər orqanları, Daxili İşlər Nazirliyi (DİN) öz üzərinə götürüb, bu yolda da, Qarabağ savaşında da xeyli sayda əməkdaşını iştirib, şəhid verib. Yüzlərlə Azərbaycan polisi vətən torpaqlarının, ərazi bütövlüyünün qorunmasında, ərazilərimizin işğaldan azad edilməsində, birinci Qarabağ savaşında canından keçib, igidlik, qəhrəmanlıq, şücaət göstərərək, şəhidlik zirvəsinə ucalıb. Yüzlərlə polisimiz Qarabağ savaşında əlil, şikəst olub, yaralanıb, hətta, itkin düşənləri, əsir götürülənləri belə olub. Məgər, Xocalıda böyük qəhrəmanlıqlar, igidliklər göstərmiş, uzun müddət bu bölgəni erməni işğalçılarından qorumuş, dəhşətli Xocalı soyqırımında qətlə yetiriulmiş, Şəhid düşmüş Əlif Hacıyevi unutmaq olarmı? Əlif Hacıyev və onun kimi vətən torpaqları uğrunda şəhid olmuş digər polislərimizin qəhrəmanlığını, igidliyini, şücaətini görməzdən gəlmək mümkündürmü? Və yaxud da, ötən ilin iyul günlərində radikal-ekstremist dinçi qüvvələrin xarici havadarlarından aldıqları təlimatlar əsasında Azərbaycanda, müstəqil Azərbaycan cümhuriyyətinin ilk paytaxtı olan tarixi Gəncə şəhərində dövlət, xalq, hakimiyyət əleyhinə başlatmaq istədikləri, uğursuz cəhd etdikləri fintəkarlıqlar, iğtişaşlar zamanı Azərbaycan dövlətçiliyi uğrunda canlarından keçən iki yüksək pütbəli polisimizi -Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun xidmətlərini, şücaətini unutmaqmı olar? Və ya, böyük sənətkarımız, korifey Həsənağa Turabovun oğlu Daşqın Turabovun 1997-ci ildə Siyəzəndə cinayətkarlara qarşı xüsusi əmliyyat zamanı göstərdiyi şücaəti, polis həmkarını qorumaq üçün özünü güllənin qabağına atmasını, qəhrəmancasına həlak olmasını necə yaddan çıxarmaq olar, bu mümkündürmü? Xeyr, qətiyyən, əsla! Buna kimsənin və kimsənin haqqı yoxdur. Onlar bizim şərəfimiz, qürurumuz, baş tacımız, and yerimizdir. Hər birimiz, vətənini, dövlətini, xalqını, müstəqilliyini sevən hər bir Azərbaycan vətəndaşı belə oğullrala fəxr edir, qürurlanır, iftixar və fəxarət hiss keçirir. Başqa cür, əksi də ola bilməz və olmamalıdır. Onlar bizlər uğrunda, bizlərin təhlükəsizliyi, əmin-amanlığı, dinc yaşaması uğrunda canlarından keçib, fədakarlıqlar göstəriblər. Azərbaycan polisi ikinci müstəqilliyimizə qənim kəsilən, müstəqil, hürr yaşamağımızı heç cür həzm edə bilməyən xarici-antiAzərbaycan, ermənipərəst, imperalist qüvvələrin və onların yerli əlaltılarının, böyük yazıçımız, İstiqlal mücahidimiz rəhmətlik İsmayıl Şıxlı demişkən"sapı özümüzdən olan baltaların" 1994-ci ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrlişinə cəhdlərinin qarşısının alınmasında, əslində isə Azərbaycanın yenidən müstəqilliyinin əlindən alınmasına qarşı mübarizə öz sözünü demiş polisdir. Azərbaycan polisi gecəsini- gündüzə qatan, yaz, yay, payız, qış, isti, yağış, külək, tufan, qar- boran, sazaq bilmədən hər an asayiş keşiyində dayanan, cinayətkarlığa qarşı mübarizədə sinəsini sipər edən, cinayətkar ünsürləri ram edən, hər birimizin azad-asudə rahatlığını, təhlükəsizliyini təmin edən polisdir”.

Millət vəkilinin sözlərinə görə, ancaq çox təəssüflər olsun ki, bəzən diletant insanlar, yaxud da, əlləri başqalarının cibindən çıxanlar, antiAzərbaycan dairələrə bilərəkdən və ya bilməyərəkdən qulluq edənlər Azərbaycan polisi, daxili işlər orqanları barədə başqa cür rəy formalaşdırmağa, insanları başqa səmtə yönəltməyə, onlarda polisimizə qarşı inamsızlıq, etimadsızlıq yaratmağa cəhdlər göstərirlər: “Öz mətbuatlarında, o cümlədən, sosial şəbəkələrdə ağına-bozuna baxmadan ağıllarına və ağızlarına gələni söyləyir, yazır, yayır, uydururlar. Ancaq bununla belə, təbii ki, bütün hallarda onların cəhdləri baş tutmur, alnmır, fiaskoya uğrayır. Baş tutmayacaq, alnmayacaq, fiaskoya uğrayacaq da. Nə edirlər-etsinlər, öz məkrli məqsdədlərinə nail ola bilməyəcəklər, necə ki, dəfələrlə cəhd etmələrinə baxmayaraq, öz istəklərinə nail ola bilməyiblər. Azərbaycan xalqı müdrikdir, yaxşını pisdən, ağı qaradan ayırd etməyi çox gözəl bacarır. Onu artıq heç nə ilə aldatmaq mümkün deyil. Azərbaycan xalqı öz polisinə güvənir, arxalanır, etimad edir. Çünki fakt, reallıq ortadadır. Azərbaycan polisi də hər zaman Azərbaycan dövlətinin, xalqının yanındadır, cinayətkarlığa və cinayətkarlara qarşı mübarizə barışmazdır, ölkənin əmin-amanlığının təmin olunmasında, təhlükəsizliyin təminatında kimsəyə güzəştə gedən deyil. Hər birimiz də onlara borcluyuq, çünki bu gün biz bu vətən torpaqları üzərində tam rahat gəzib-dolaşrıqsa, əmin-amanlığımıza heç bir problem və təhlükə yoxdursa, bu, məhz şərəfli və ləyaqətli Azərbaycan polisinin, daxili işlər orqanları və onun əmkdaşlarının, DİN-in sayəsindədir. Azərbaycan polsi, daxili işlər orqanları son 25 illərdə daim etibarlı əllərdə olub. Bu struktura 25 il ərzində general Ramil Usubov çox peşəkarlıqla, çox uğurla və çox ləyaqətlə başçılıq edib. Hər zaman özünün də, rəhbərlik etdiyi qurumun da Azərbaycan dövlətinə, Azərbaycan xalqına sədaqətini təmannasız şəkildə nümayiş etdirib. Eyni zamanda, bu yaxınlarda onun yerinə təyin edilən keçmiş birinci müavini-general Vilayət Eyvazovun da Azərbaycan xalqı, dövləti qarşısında böyük xidmətləri var. O da öz peşəkar fəaliyyəti ilə Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunmasında, möhkəmləndirilməsində öz sözünü deyib və yeni fəaliyyətində də bu istiqamətdə öz sözünü deməkdə davam edəcək. Buna şübhə yoxdur. Bir sözlə, Azərbaycan dövləti onlardan-polislərimizdən, daxili işlər orqanlarımızdan, onlar da Azərbaycan dövləti və Azərbaycan xalqından güc alırlar. Gücünüz, qüvvətiniz əskik olmasın!”