Güləşçimiz dünya çempionatının finalında

16:23 30.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb. İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır.

Hafta.az-ın məlumatına görə, Cəbrayıl Hacıyev debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib. EYOF-un qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də yolundan kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb.

Finalın bir addımlığında Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb.