Güneldən plastik əməliyyat xəbərinə sərt reaksiya

12:38 27.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Türkiyə mətbuatında müğənni Günel Zeynalovanın dəfələrlə plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlər dərc olunub. 

Hafta.az-ın məlumatına görə, sənətçi həmin xəbərlərə sərt münasibət bildirib: "Oraya qoyulan şəkillər 12 yaşımda, Türkiyəyə ilk gələndə çəkilib. Uşaqlıq fotolarınızı açıb baxın, özünüzü heç bəyənməyəcəksiniz. Halımı bəyənirəm, dəstəkləyirəm. Çünki insanlar məni o cür tanıdı. Hər bir xanım kimi mən də plastik əməliyyat etdirdim. Burnumu etdirdim və üst dodağımı düzəltdirdim. Bundan da xoşbəxtəm. Gedin hansı həkimə istəyirsiz, soruşun, görün başqa bir estetik müdaxilə etdirmişəm? İndi bütün bədənini plastik əməliyyat etdirən və heç etdirməyən xanımlar var. Hamısına da hörmətlə yanaşıram.

1999-cu ildə 55 kiloqram idim. Sonra çəkim 52-51 oldu. Hazırda isə 44-45 kiloqramam. Arıqlayan insanın üzündə ət qalmır. Heç bir şey kəsdirmədim. 34 yaşım var, bunu deməkdən çəkinmirəm.

Gedin yeni işlərimdən yazın, mahnılarım, kliplərim var. Nə günlərə qalmışıq. 1999-cu illərdə hər şey çox gözəl idi.

Bir də yazıblar ki, çənəmi düzəldirmişəm. Çənəmi niyə edim ki? Ağlayacam...".