Güzəştli şərtlərlə pensiya alanların sayı açıqlandı 

10:42 30.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb.

 

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) hafta.az-a verilən məlumata görə, iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların sayı 127 min nəfərdən çox olub.

 

Rəsmi məlumata əsasən, onlardan 97 min nəfərdən çoxu yaşa, 16,5 min nəfərdən çoxu əlilliyə, 13,5 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.

Oxunma sayı 207