Hacıqabulda bəy gəlingətirdiyə traktor karvanıyla getdi – Günün təzadları

18:43 04.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul rayon sakini toyunun maraqlı keçməsi üçün qeyri-adi üsula əl atdı. Hafta.az xəbər verir ki, Xezerxeber.az-ın yaydığı məlumata görə, traktor sürücüsü olan bəy təşkil olunan toy məclisinə bahalı maşın karvanı ilə deyil, traktorlarla gəlib. Traktorların iştirak etdiyi toy karvanı marağa səbəb olub. Hacıqabul rayonu Meyniman kənd sakini Orxan Nəsirov bir neçə ildir ki, traktor sürücüsü işləyir. Bu illər ərzində  arzusu olub ki, öz toyunun qeyri-adi keçməsi üçün maraqlı nəsə etsin. Bunun üçün o, öz dostları ilə məsləhətləşərək toy karvanı bahalı avtomobillərlə deyil, məhz traktorlardan təşkil etmək qərarına gəlib. Dostları Orxanın bu xoş günü daha yadda qalan etmək üçün rəngarəng şarlarla bəzədilmiş traktorlarla kənddə bir neçə dövrə vurublar. Kənddə ilk dəfə  belə toy keçirildiyindən  insanların böyük marağına səbəb olub.

 

Sumqayıt yolunda at avtomobillərlə ötüşdü

Çərşənbə axşamı gecəsi Bakı-Sumqayıt yolunda gedən at şütüyən avtomobillərlə yarışdı. Təzadlı olay görənlərin marağına səbəb olub. Hafta.az xəbər verir ki, vətəndaşlar bu maraqlı anları çəkərək BAKU.WS-in "qaynar xətti”nə göndəriblər. Saytın yaydığı videodan atın maşınların qarşısında sürətlə qaçdığının göründüyü bildirilir. Videonun "Riyad” Ticarət Mərkəzinin qarşısında çəkildiyi deyilir.

 

Moskvada iki  təyyarə hava limanında toqquşdu

Rusiyanın Şeremetyevo hava limanında uçuş zolağında iki təyyarə toqquşdu. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərə görə, bu barədə aviasiya xidmətindəki mənbə məlumat verib. "Uçuş-enmə zolağında iki təyyarə toqquşub. Sərnişinlər hazırda evakuasiya olunur, təyyarələrin avadanlıqları yoxlanılır. Xəsarət alanlar barədə məlumat yoxdur", - deyə mənbə bildirib. Təyyarələrdən biri "Aeroflot" hava yollarına məxsus olduğu və Moskva-Pekin marşrutu üzrə uçduğu, digərinin isə "Royal Flights" hava yollarına məxsus olduğu bildirilir.

 

Bakıda ata avtomobilini qaçıran oğlunu polisə yaxalatdı

Paytaxtda ata avtomobilini qaçıran oğlundan polisə şikayət etdi. Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Məlumata görə, Binə qəsəbəsində yaşayan 50 yaşlı Nazim Əzizov Xəzər Rayon Polis İdarəsinə şikayət edərək bildirib ki, 24 yaşlı oğlu Orxan Əzizov ona məxsus "VAZ 2107" markalı avtomobili qaçırıb. N.Əzizovun şikayəti əsasında avtomobili qaçıran O.Əzizov avtomobil ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir

 

Sabirabadda yük maşını qatarla toqquşdu və...

Sabirabad rayonunun Minbaşı kəndində İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizara məxsus yük maşını qatarla toqquşdu. Hafta.az yazır ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Şirvan-Salyan avtomagistral xətti ilə kəsişdiyi hissədə qeydə alınıb. “TIR” markalı yük avtomobilinin qatarla toqquşması nəticəsində maşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir. Təfərrüatlar araşdırılır. Qatarların hərəkəti müvəqqəti dayandırılıb.