“Hakimiyyətlə müxaifət arasında dialoqun alternativi yoxdur” – Elxan Şahinoğlu

09:42 12.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Dünənki  tədbirdən gəldiyim qənaət budur ki, hakimiyyətlə müxaifət arasında dialoqun alternativi yoxdur, bunun davamlı hal alması və diskussiyaya qatılanların əhatəsini genişləndirmək lazımdır”.

Bunu hafta.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, bir-birimizlə danışmalıyıq, bir-birimizi dinləməliyik:  “Təhqir və söyüşlər istisna olmaqla ən kəskin fikirlər belə səslənə bilər, təki dövlətimiz və millətimiz zərər görməsin. Biz Skandinaviyada yaşamırıq, bura Cənubi Qafqazdır, ətraf toz-dumandır, xarici qüvvələr pusqudadırlar, boşluqlar axtarırlar ki, hərəkətə keçsinlər. Hakimiyyətin üzərinə də məsuliyyət düşür. Siyasi mübarizənin aparılmalı yer parlamentdir, orada siyasi qüvvələrin ən rəngarəng qüvvələri təmsil oluna bilər. Çünki parlamentdənkənar mübarizə toqquşmaya və ixtilafa aparır, bu isə düşmənlərimizin maraqlarına cavab verir”.

Siyasət rubrikasından digər xəbərlər