Vaşinqtonda Qarabağla bağlı tədbir keçiriləcək

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dağlıq Qarabağ sülh prosesində çıxılmaz vəziyyətin dəyərləndirilməsi məsələsi oktyabrın 15-də Vaşinqtonda keçiriləcək simpoziumda müzakirə olunacaq. Corc Meyson Universitetində keçiriləcək tədbirdə Azərbaycan və Ermənistan rəsmiləri də iştirak edəcək. Tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev, Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin səlahiyyətlərini icra edən Gülşən Paşayeva və Azərbaycan Diplomatik Akademiyasının təmsilçisi Taleh Ziyadov təmsil edəcəklər. Ermənistanı bu tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndəsi Tiqran Mkrtıçyan və vətəndaş cəmiyyətinin üzvləri təmsil edəcəklər. Müzakirələrin moderatoru Beynəlxalq Sülh Naminə Karnegi Fondunun analitiki Tomas de Vaaldır. Oktyabrın 24-də Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Böyük Qafqaz: Qədim etno-siyasi konfliktlər və yeni geosiyasi düzən“ mövzusunda konfrans keçiriləcək. Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi, səfir Piter Semnebi “Aİ strategiyası və layihələri“ mövzusunda çıxış edəcək.