Hazırda həkimlərimiz koronavirusa qarşı mübarizədə böyük fədakarlıq göstərirlər - Millət vəkili

11:58 29.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Belə vəziyyətdə hər bir Azərbaycan vətəndaşı milli təhlukəsizliyi təhdid edən koronavirus bəlasına qarşı yalnız milli birlik və həmrəylik nümayiş etdirməklə səmərəli mübarizə apara bilər. Ona görə də vətəndaşlıq məsuliyyəti bu gün daha aktualdır. Bu, həm sıravi vətəndaşlarımızın, həm də tibb işçilərimizin təhlükəsizliyinin qorunmasına xidmət etməlidir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, hazırda koronavirus bütün dünya ölkələri üçün ciddi təhlükə yaratdığı kimi, Azərbaycanı da təhdid edir:

"Ona görə də hazırda bu tibb müəssisəsinin koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə olunması bir daha dövlətimizin öz vətəndaşlarının sağlamlığına nə qədər diqqət göstərdiyinin göstəricisidir. Səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. 2004-cü ildən bu günədək 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün bütün regionlarımızda diaqnostika mərkəzləri, şəhər xəstəxanaları tikilib istifadəyə verilib".

Millət vəkili bildirib ki, xəstəxanalar və texniki təchizat məsələnin yalnız bir tərəfidir:

"Yüksək hazırlıqlı tibbi kadrlar olmasa, səhiyyə sisteminin effektivliyindən danışmaq qeyri-mümkündür. Ona görə də Prezident İlham Əliyev həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, son illərdə Azərbaycanda həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. Bu gün həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar. Hazırda isə Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə öndə olmaqla böyük fədakarlıq nümunəsi göstərilər".

Siyasət rubrikasından digər xəbərlər