Həbibin növbəti rəqibi müəyyənləşdi

12:54 12.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun növbəti rəqibinin adı açıqlanıb.

Bu, kanadalı Jorj San-Pyerdir. Bu barədə Həbibin meneceri Əli Əbdül-Əziz məlumat verib: "Əgər Həbib miras üçün vuruşmaq istəyirsə, Sen-Pyerlə döyüş böyük hadisə olacaq. Sen-Pyer UFC tarixində ən güclü döyüşçülərdən biridir. Bundan başqa, bu döyüş Həbibə daha çox pul gətirəcək".

Menecerin sözlərinə görə, Həbibin bu görüşü 2019-cu ilin sonunadək ola bilər.

Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastun Puaryeni məğlub edərək yüngül çəkidə UFC çempionu titulunu növbəti dəfə qoruyub.