Heç bir ərazi itkisinə yol verilməyib - Müdafiə Nazirliyi

19:21 12.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatla bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı münasibət bildirib.

Hafta.az-ın məlumatına görə, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki:

"Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır".
Oxunma sayı 762
Siyasət rubrikasından digər xəbərlər