İran Qarabağ probleminin həlli üçün təklif verməyə hazırdır

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
“ErmƏnistanla Azərbaycan razı olarsa, İran dövləti Qarabağ münaqişəsinin həlli üçün həll paketi təklif edə bilər“. “Tehran Times“ın yazdığına görə, bu barədə bir neçə gün öncə Kazanda səfərdə olmuş İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst bildirib. O əlavə edib ki, İranın qonşusu olan ölkələrdə sərhəd problemlərinin yaşanması mümkündür, amma başqa dövlətlərin bu məsələyə müdaxiləsi bölgədə iri münaqişə ocaqlarının alovlanmasına rəvac verə bilər. Ona görə də bölgəylə əlaqəsi olmayan dövlətlərin yerli məsələlərə qarışmasına imkan verilməməlidir.