HƏMAS girovların azad edilməsini təxirə salıb

23:00 10.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

Hafta.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı hərəkatın bəyanatına istinadla məlumat yayıb.

Bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib.