“Hərbçilər ağır şəraitdə yaşayır" - Ermənistanın baş qərargah rəisindən etiraf

20:04 03.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ağır sosial şəraitdə yaşamaları, ailə problemlərinin olması müqavilə əsasında hərbçilərin xidmətində də özünü əks etdirir".

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Artak Davtyan avqustun 3-də Dilicanda jurnalistlərin hərbçilərin intiharı ilə bağlı sualını cavablandırarkən bildirib.

“Komandirlər hərbçilər arasında təbliğat aparmasaydı, intihar hadisələrinin sayı iki deyil, 12 olardı. Bu il iki, ya 3 intihar hadisəsinin qarşısı alınıb”, - o vurğulayıb.