Hərbçilərin VII Dünya Oyunlarında cüdoçularımız ilk medallarını qazanıb

18:00 20.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.

Müdafiə Nazirliyindən hafta.az-a bildirilib ki, oktyabrın 20-də cüdo komandamızın üzvləri Hidayət Heydərov (81 kq çəki dərəcəsində) və Məmmədəli Mehdiyev (90 kq-dək) uğurla çıxış edərək yarışın bürünc medallarına layiq görülüblər.

Qeyd edək ki, komandamıza ilk bürünc medalı Hidayət Heydərov qazandırıb.

Digər təmsilçimiz Elmar Qasımov (100 kq-dək) ilk görüşündə Çili idmançısı Oskar Alarkona ipponla qalib gəlib. Lakin 1/4 final mərhələsində fransız Olivar Sedrikə məğlub olaraq, təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək.

Boks yarışındakı təmsilçimiz Sərxan Əliyev (60-64 kq) ilk görüşündə Şri-Lanka idmançısı Racakaruna Bandaraya 5:0 hesabı ilə qalib gəlib. Sərxan Əliyev növbəti görüşünü oktyabrın 21-də braziliyalı Olivyera Vandersona qarşı keçirəcək.