Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi - MN 

15:03 03.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.
Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

 

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

 

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 39
Siyasət rubrikasından digər xəbərlər