Hərbi qulluqçumuz torpağa tapşırılıb - FOTO

16:28 22.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində xidməti borcunu yerinə yetirərkən həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu Samux rayonunun Sarıqaya kəndində torpağa tapşırılıb.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, hərbi qulluqçunun dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyətin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Dəfn mərasimində çıxış edənlər hərbi qulluqçunun ailəsinə başsağlığı verib, torpaqlarımızın azadlığı uğrunda həlak olan qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, tezliklə düşməndən qisas alınacağını bildiriblər.

Hərbi qulluqçunun nəşi torpağa tapşırılıb, məzarı üstünə əklil və qərənfillər qoyulub.

Tabutun üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı E.Məmmədovun ailəsinə təqdim edilib.

Siyasət rubrikasından digər xəbərlər