Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib - Zərdabda

15:03 12.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Zərdab rayonunda Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.

Hafta.az xəbər verir ki, 11 dekabr 2019-cu il tarixdə bağça uşaqları və ümumtəhsil məktəblərinin şagirdləri Ulu Öndərin abidəsini ziyarət ediblər.

Bu gün isə ümumrayon anım tədbiri keçirilib. Rayon rəhbərliyi, əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar, divar qəzetlərinə baxış keçirilib. Ümumrayon anım tədbirində çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə “Heydər Əliyev müstəqil, demokratik, dinamik inkişaf edən Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda nitq söyləyib. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib

Oxunma sayı 28