Hindistanda Milli Birlik Günü qeyd olunub

11:28 31.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2014-cü ildən etibarən hər il 31 oktyabr, Hindistanın azadlıq mübarizəsində və daha sonra ölkənin birləşdirilməsində əhəmiyyətli rolu olan Hindistanlı siyasətçi Sərdar Vallabhai Pateli yad etmək məqsədilə "Rashtriya Ekta Divas" və yaxud Milli Birlik Günü olaraq qeyd olunur.

Hafta.az yazır ki, Cammu və Kəşmirin tam olaraq Hindistana inteqrasiyasını istəyən "Hindistanın dəmir adamı" Patel bir neçə muxtar ştatları Hindistan İttifaqına birləşməyə inandırmaqda mühüm rol oynayıb. Bu səbəbdən, onun səy və töhfələri hər il 31 oktyabrda anılır.

Xatırladaq ki, Hindistanın həmrəylik və birlik rəmzi, eləcə də Britaniya Hindistanında kəndli hərəkatının müdafiəçisi Vallabhbhai Patel (31 oktyabr, 1875 - 15 dekabr, 1950) ölkənin müstəqillik mübarizəsində əsas rol oynayan və daha sonra birləşmiş, müstəqil xalqa çevrilməsinə rəhbərlik edən Hindistanın siyasi və sosial lideri idi. O, "Hindistanın dəmir adamı" olaraq tanınır. Bardoli kəndlilər hərəkatının böyük qələbəsindən sonra xalq onu "Sərdar" (lider) adlandırdı.

Mahatma Qandinin fəlsəfəsi və fəaliyyətindən ilk ruhlandığı zaman, Vallabhbhai Patel artıq hüquqşunas kimi uğurlu təcrübəyə malik olub. Vallabhbhai Patel, Britaniya idarəçiliyi tərəfindən tətbiq edilən zülm siyasətinə qarşı Qucaratın Xeda, Borsad və Bardoli kəndlilərini Qeyri-zorakı Vətəndaş İtaətsizliyi Hərəkatında birləşdirib və Mahatma Qandi ideyalarının rəhbərliyi altında Qucaratda ən nüfuzlu liderə çevrilib. 1931-ci ildə Karaçi Konqres Sessiyasında Sərdar Patel Hindistan Milli Konqresinin rəhbərliyinə yüksəlib və 1931-ci ildən sonra bütün milli siyasi hadisələrin ön planında dururub. 1934 və 1937-ci illərdə partiya seçkilərinin təşkilində və 1942-ci ildə demək olar ki, bütün azadlıq mübarizəsi liderlərinin həbsi ilə nəticələnən Hindistandan geri çəkilin hərəkatında, o, əsas fiqur olub.

Hindistanın ilk daxili işlər naziri və baş nazirin müavini olan Sərdar Patel Pəncabda, eləcə də Dehlidə qaçqınlar üçün yardım təşkil edib, xalq arasında sülhün bərpası səylərinə rəhbərlik edib. Sərdar Patel, 562 yarı-muxtar ştatlardan və ingilis idarəçiliyi dövründəki müstəmləkə əyalətlərdən vahid Hindistan qurmaq vəzifəsini öz üzərinə götürüb. Hərbi yol seçiminin (və istifadəsi) dəstəklədiyi açıq diplomatiyadan istifadə edərək, Sərdar Patelin rəhbərliyi demək olar ki, hər bir muxtar ştatın birləşdirilməsinə imkan yaradıb. Hindistanın "Dəmir adamı" kimi anılan Sərdar Patel bütün ölkədə müasir xidmətlərinin qurulmasındakı roluna görə, Hindistanın mülki qulluqçularının "Müqəddəs himayədarı" olaraq da xatırlanır. Sərdar Patel həmçinin, Hindistanda mülkiyyət hüquqları və azad sahibkarlığın ən erkən tərəfdarlarından biri olub.