Hindistanda səyahət gəmisi batıb - 12 nəfər ölüb

19:40 15.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Andhra Pradeş ştatında səyahət gəmisinin batması nəticəsində ən azı 12 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

Hafta.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Qodavari çayında baş verib. Göyərtəsində təxminən 60 nəfərin olduğu gəmi Qandipoçamma məbədindən Papikondalu turizm məkanına doğru gedirmiş. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.

Bildirilir ki, qəzaya səbəb son günlər şiddətli yağışlar səbəbindən həmin çayda iti su axını olub.