Hüquqi şəxslərin depozitləri niyə azalır?

14:03 09.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hüquqi şəxslərin depozitlərində müşahidə olunan azalmaların ÜDM-nin azalması ilə qəti əlaqəsi yoxdur.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bəzi hallarda hesab qalıqları müəyyən tarixlər üzrə izlənilir və bu zaman 7 faizə qədər azalma kimi göstəricilər qeydə alına bilər:

"Lakin bu, davamlı tendensiyanı əks etdirmir. Çünki müəyyən dövrlərdə aparılan ödənişlər və əməliyyatlar nəticəsində qısamüddətli dəyişikliklər yaranır və növbəti dövrlərdə bu göstəricilər əvvəlki səviyyəyə qayıdır. Buna görə də hüquqi şəxslərin depozitlərindəki bu cür dəyişiklikləri ümumi azalma kimi qiymətləndirmək düzgün deyil və burada hər hansı fundamental mənfi faktor mövcud deyil".