İlk mRNA əsaslı xərçəng peyvəndləri 2030-cu ilədək təsdiqlənəcək

11:00 27.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"İlk mRNA əsaslı xərçəng peyvəndlərimizin 2030-cu ildən əvvəl təsdiqlənməsini gözləyirik. Həmçinin 2025-2029-cu illərdə digər terapevtik yanaşmalar üçün sınaq məlumatlarının olmasını planlaşdırırıq".

Hafta.az-ın "Bild am Sonntag" qəzetinə istinadən yazdığına görə, bu sözləri “BioNTech” şirkətinin sahibi Uğur Şahin deyib. O qeyd edib ki, məqsədləri hər bir xəstəyə xas xərçəng peyvəndi hazırlamaqdır. Bunun üçün hər bir xəstənin xərçəng xüsusiyyətlərini təhlil edilir, immun sisteminin mümkün qədər çox şiş hüceyrəsini tanıyıb məhv etməsinə imkan verə bilənini seçirlər.

Digər bir ümid qaynağının antikor-dərman konjuqatları (ADC) olduğuna diqqət çəkən Şahin, "ADC-lər kimyaterapiya daşıyan anticisimlərdir. Onlar qanda dolaşır, şişə çatır və oradakı kimyaterapiyanı hədəflənmiş şəkildə buraxırlar. Bu müalicə iştirakçıların əhəmiyyətli hissəsində şişi çox tez kiçildə bilməsidir. Əminəm ki, bir neçə il ərzində bir çox xərçəng hadisələrində klassik kimyaterapiya əvəzinə məqsədyönlü kimyaterapiya kimi daha çox ADC istifadə olunacaq" deyib.