İmran Xan Pakistan ədliyyəsini hədələdi: SİZƏ QARŞI TƏDBİR GÖRƏCƏYİK, HAZIR OLUN!

09:45 02.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın keçmiş baş naziri İmran Xan İslamabadda keçirilən mitinqdəki çıxışında polis və ədliyyə orqanlarını hədəf alaraq deyib ki, ona yaxın adamları həbs edərək işgəncələrə məruz qoyurlar.

Hafta.az-ın yazdığına görə, daha sonra o, polis və ədliyyə sistemində çalaşanlara xitabən “sizə qarşı tədbir görəcəyik, buna hazır olun” təhdidi səsləndirib. 

Qeyd edək ki, Pakistanın Marqalla bölgəsinin yerli hakimi Mücahid Rəhim keçmiş baş nazir İmran Xanın həbsinə order verib. Bu qərardan qəzəblənən "Tehreeke İsaf"ın (PTİ) üzvləri və partiyanın liderləri “o, həbs olunsa, küçələrə çıxıb müqavimət göstərəcəyik” deyə reaksiya veriblər. 

PTİ partiyasından Malika Buhari bildirib ki, onun partiyası demokratiya prosesini davam etdirmək istəyir, faşizmi və barbarlığı pisləyir.

Oxunma sayı 2803
Siyasət rubrikasından digər xəbərlər