İngiltərədə sürücü avtomobili azarkeşlərin üstünə sürüb

23:50 26.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə İngiltərə Premyer Liqasının 2024–2025-ci il mövsümünün qalibi olan “Liverpul” klubunun çempionluq paradı zamanı insident baş verib.

Hafta.az xəbər verir ki, Liverpulun mərkəzində yerləşən “Water Street” küçəsində bir sürücü avtomobilini azarkeşlərin üstünə sürüb.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Sürücü hadisə yerində saxlanılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.

Məsələ ilə bağlı açıqlamada bildirilib ki, insidentə müdaxilə olunur və vəziyyət digər fövqəladə xidmətlərlə birgə qiymətləndirilir. Hazırda xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat verilməyib.