Yazını böyüt
Yazını kiçilt
İran iyunun 16-da səhər saatlarında İsrailə 40-a yaxın raket zərbəsi endirib. Beləliklə, hərbi münaqişə başlayandan bəri İran İsrailə 350-dən çox raket atıb.
Hafta.az bu haqda yəhudi saytlarına istinadla xəbər verir.
Son hücum zamanı İsrailin mərkəzi və şimalına raketlər düşüb.
Petah-Tikvada yüzlərlə kiloqram partlayıcı daşıyan raketin yaşayış binasında qorunan iki otaq (məmədlər) arasındakı divara dəyməsi nəticəsində 4 nəfər həlak olub.
Hayfada 3 nəfərin öldüyü bildirilir. Onlar meyitləri tapılana qədər itkin düşmüş hesab ediliblər.
Bney-Brakda binanın uçması nəticəsində bir nəfər ölüb.