“Yazılan və yozulan” verilişinin yeni buraxılışında İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu ilə region və beynəlxalq gündəmdə önəm daşıyan məsələlər haqqında ətraflı müzakirə aparılıb.
Hafta.az yazır ki, verilişdə Azərbaycan-İran münasibətlərinin siyasi, iqtisadi və mədəni aspektləri təhlil olunub, iki ölkə və xalq arasında mövcud olan dərin tarixi, dini və mədəni bağlılıqların mahiyyətinə nəzər salınıb.
Səfir müsahibə zamanı İranın beynəlxalq müstəvidə üzləşdiyi təzyiqlər, bəzi dünya güclərinin ölkəyə qarşı həyata keçirdiyi hərbi-siyasi müdaxilələr, eləcə də bu proseslərin İranın sosial, iqtisadi və mənəvi həyatına təsirləri barədə diqqətçəkən fikirlər səsləndirib.
Buraxılışda qaldırılan mövzular və səsləndirilən yanaşmalar Azərbaycan-İran münasibətlərinə, regional proseslərə və beynəlxalq hadisələrə daha geniş prizmadan baxmaq imkanı yaradır.