İran səfirliyi Ermənistanla hərbi əməkdaşlığa dair xəbərləri təkzib edir

16:03 18.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycandakı Səfirliyi ölkəsinin guya Ermənistanla hərbi əməkdaşlıq etməsinə dair yayılan xəbərləri təkzib edən açıqlama yayıb.

İranın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumatda deyilir ki, İranla Azərbaycan arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunması Tehran üçün vacibdir. "Son günlər Azərbaycanın bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır və Səfirlik bu kimi xəbərləri təkzib edir"- açıqlamada deyilir.

Səfirlik əlavə edir ki, İran hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Rəsmi Tehran regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı addımı pisləyir.

Siyasət rubrikasından digər xəbərlər