İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında yanğın baş verib. Partlayış nəticəsində ölən və yaralananların sayı artıb.
Hafta.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.
Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.
***
İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas rayonunda Şəhid Rəcai limanında güclü partlayış baş verib.
Bu barədə hafta.az İran KİV-ə istinadən məlumat verib.
Hadisə ammonyak yüklü konteynerin partlaması nəticəsində baş verib.
Hadisə nəticəsində indiyədək 47 nəfərin xəsarət aldığı bildirilir.