İrəvanın Moskvaya qarşı növbəti demarşı

14:29 14.01.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın Rusiyanın müttəfiqi olaraq ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi bağlaması Moskvaya qarşı demarşdı”.

Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a səfəri ilə bağlı açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında müqavilə bağlanacaq. Onun sözlərinə görə, bu saziş Ermənistan hakimiyyətini Rusiyadan tam uzaqlaşdırmaq siyasətinə əsaslanır.

“Bayden adminstrasiyasının Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün strateji tərəfdaşlıq müqaviləsi bağlamaqda əsas məqsədi Donald Trampın diqqətini bu ölkəyə yönləndirməkdir. Ermənistanla tərəfdaşlıq müqaviləsinin Tramp administrasiyası üçün strateji əhəmiyyəti olmayacaq. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan və Türkiyə ilə münasibətləri normallaşdırmayınca bu kimi müqavilələrin müsbət nəticəsi olmayacaq”.