İsrail ordusu Kann festivalında nümayiş etdiriləcək sənədli filmin baş qəhrəmanını öldürdü... - FOTOLAR

17:29 22.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

2025-ci il aprelin 16-na keçən gecə  İsrail ordusunun Qəzza şəhərinin şərqindəki Ət-Tuffa məhəlləsindəki Ən-Nəfək küçəsindəki binaya endirdiyi zərbə nəticəsində 11 nəfər, o cümlədən fotojurnalist 26 yaşlı Fatimə Hasuna və onun hamilə bacısı həlak olub.

Hafta.az xəbər verir ki, İsrail mediasının Fələstinin rəsmi xəbər agentliyi "Wafa"ya istinadla yaydığı məlumata görə, ölən və yaralananlar arasında azyaşlılar da var.                                                           

Bildirilir ki, Fatimə Hasuna bu ilin mayında Kann kinofestivalında nümayiş etdiriləcək iranlı fransız rejissor Sepideh Farsinin "Qəlbini əlinə qoy və get" sənədli filminin baş qəhrəmanı olub.

Bir çox KİV Fatimə Hasuna və yaxınlarının ölümü ilə bağlı yazıblar. "CNN" telekanalı İsrail ordusu rəsmilərinin zərbənin hədəfinin "HƏMAS"ın hansısa yaraqlısı olduğunu göstərdiyi şərhlərini təqdim edib.