Jurnalisti 3 aylığa HƏBS ETDİLƏR

15:49 10.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Bu barədə hafta.az-a Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

 

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

 

Vəkil apellyasiya şikayəti verəcəklərini deyib.
 

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında saxlanılıb.

Oxunma sayı 40