Jurnalistin qardaşının evi qarət olunub - FOTO

10:11 20.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət olunub.
 
Hafta.az-ın məlumatına görə, bu barədə jurnalist özü facebook hesabında məlumat yayıb. Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, qardaşının evinə oğrular girib: 

“Rayona istirahətə gedirsən və döndüyün zaman "gözəl" bir mənzərə ilə rastlaşırsan. Qardaşım Vüqar Dərziyevin evini alt-üst edib, qızıl-zinyət əşyalarını oğurlayıblar. Hazırda Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları, ekspertiza qrupu buradadır. Artıq 2-ci dəfədir qardaşımın evi qarət olunur. Qonşuların sözlərinə görə, son 3 ay ərzində artıq neçənci evdir ki, yarırlar”.