Jurnalistlər üçün təlim keçirildi 

17:28 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün “Azərbaycanın Logistika İmkanları. Real vəziyyət və prespektivlər” mövzusunda silsilə təlimə start verib.

 

Hafta.az xəbər verir ki, interkativ formada keçirilən təlimin əsas məqsədi ölkəmizdə sahəvi jurnalistikanı inkişaf etdirmək, media təmsilçilərinin bu sahədə daha dolğun məlumatlanmasını təmin etməkdir.

 

Bakı Limanında təşkil olunan ilk təlimdən əvvəl jurnalistlər ölkəmizin logistika mərkəzi olan limanın texniki imkanları, “Əsas yük terminalı”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti ilə tanış olub, yük aşırma prosesini yerində izləyiblər.

 

Təlim müddətində jurnalistlərə Bakı Limanının peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri barədə məlumat verilib, Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz”in əhəmiyyəti və onun alternativləri ilə müqayisəsi təqdim edilib. Eyni zamanda, iştirakçılara, “Zəngəzur dəhlizi”nin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə “Orta Dəhliz”in əldə edəcəyi üstünlüklər barədə məlumat verilib, onların sualları cavablandırılıb.

 

Bununla yanaşı, media nümayəndələri Bakı Limanında tətbiq edilən müasir elektron sistemlər və bu yeniliklərin yükaşırmaya təsiri barədə də məlumatlandırılıblar. Sonda təlim iştirakçıları ilə xatirə şəkli çəkidirilib.

Oxunma sayı 89