Jurnalistlərin VIII qurultayı başlayıb: Prezidentə müraciət oxunub

10:27 24.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilir.

Hafta.az xəbər verir ki, qurultayda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, əvvəlki qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.

Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.

Qurultayda Mətbuat Şurasına üzv 163 təşkilatdan 213 nümayəndə iştirak edir.

Oxunma sayı 1768
Media rubrikasından digər xəbərlər