Kabil 2030-cu ilə qədər susuz qala bilər

10:07 10.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın paytaxtı Kabil şəhəri yaxın gələcəkdə tamamilə susuz qalan ilk şəhər ola bilər.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, son on ildə Kabil bölgəsinin sulu təbəqələrində suyun səviyyəsi 30 metr aşağı düşüb və şəhərdəki quyuların demək olar ki, yarısı quruyub. Bu proses davam edərsə, beş ildən sonra bütün sulu təbəqələr quruya bilər.

“Mercy Corps” qeyri-hökumət təşkilatının hesabatına əsasən, iqlim dəyişikliyi və sürətli urbanizasiya suyun miqdarının azalmasına səbəb olub.