Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki tikinti işləri YEKUNLAŞIR

15:03 04.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdə zərər görən Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən inşa edilən yaşayış məhəlləsində işlər tamamlanmaq üzrədir.

Hafta.az xəbər verir ki, bu barədə Kahramanmaraş valisi Mükerrem Ünlüer mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan məhəlləsində işlərin 90 faizi başa çatıb. Mənzillər fevralın 6-da təhvil veriləcək.