Yazını böyüt
Yazını kiçilt
Deputat Kamal Cəfərov AŞPA-nın İnsan hüquqları altkomitəsinin sədr müavini vəzifəsinə seçilib.
Hafta.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.
Qeyd edək ki, Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Universitetində (King’s College London) beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasının "Anti-korrupsiya elmləri üzrə” magistr proqramını fərqlənmə ilə bitirib.
O, VI çağırış parlamentinin deputatıdır.