Keçmiş məhkum saxlanılıb

23:37 14.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda avtobusu yandıran keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb.

Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.

Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.

 

Araşdırma aparılır.