Kəlbəcərin bu kəndinə daha 22 erməni ailəsi köçürülüb…-FOTO

18:14 21.01.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Oxucularımızı hüquqi-inzibati cəhətdən Azərbaycan Respublikasına aid olan, ancaq 10 noyabr üçtərfəli razılaşmasına əsasən Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin məsuliyyət zonasında qalmış ərazilərdəki yaşayış məntəqələrimizin durumu ilə tanış etməkdə davam edirik.

Kəlbəcər rayonunun “Araçadzor” adlandırılmış Dovşanlı kəndində hazırda 660 erməni yaşayır.

Hafta.az xəbər verir ki, bunu kəndin qanunsuz “icma rəhbəri” Vaqram Andreasyan Xankəndidəki separatçı nəşrlərə açıqlamasında söyləyib.

“Kənddə hazırda 660 sakin var. 1 dekabr 2020-ci ildən 129 şagirdin təhsil aldığı məktəb və 25 körpənin getdiyi uşaq bağçası da açılıb.  44 günlük müharibədən sonra kəndə digər ərazilərdən 22 erməni ailə köçürülüb.

İcma binası kənddəki boş evlərdən birində yerləşir. Ziyafət salonumuz yoxdur. Təcili yardım məntəqəsi qəzalı vəziyyətdədir. Kəndə qaz və elektrik enerjisi verilir. Su ilə bağlı problemimiz var, bunun üçün indi kəndə su kəməri çəkilir. Kəndi magistral yolla birləşdirən yol asfaltlanıb”- deyə “icma rəhbəri” bildirib.

V. Andreasyan kənddəki ermənilərin əsasən i heyvandarlıq, əkinçilik, bağçılıq, tərəvəz yetişdirməklə məşğul olduğunu, xeyli kəndlinin isə yaxınlıqdakı Kaşen mis-molibden mədənində işlədiyini bildirib.

Zəruri arayış:

Dovşanlı – Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Xaçın çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə bu kənddə yerləşmış ermənilər onun adını dəyişib “Aracadzor” kimi rəsmiləşdirmışlər. Tədqiqatçılar Aracadzor oykonimini ermənicə arc və dzor sözlərindən ibarət “ayı dərəsi” mənasını ifadə edən toponim kimi izah etmişlər. Əslində araça/araçı türk dillərində “qoruyucu, keşikçi”, zor/zur “təpə, zirvə” deməkdir…

1917-ci ildə Dovşanlı altı qışlağı olan böyük kənd kimi qeydə alınmışdır. Güman etmək olar ki, bu coğrafi ad dovşanlı nəslinin adı ilə bağlı olub, etnotoponimdir.

1992-ci ildə kəndin keçmış adı yenidən bərpa edilib. Dovşanlı kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Dovşanlı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Dovşanlı kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 44 günlük savaşdan sonra isə Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətində qalıb…

Oxunma sayı 3399
Gündəm rubrikasından digər xəbərlər