Kərzaiyə sui-qəsd hazırlanıbmış

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
ƏFQANISTAN prezidenti Həmid Kərzaiyə qarşı sui-qəsdə cəhd olub. Lakin onun qarşısı alınıb. Milli Təhlükəsizlik İdarəsinin nümayəndəsi bildirib ki, saxlanılan 6 nəfərin hamısı “Əl-Qaida“ və Pakistanda yerləşən “Hakkani“ qruplaşması ilə əlaqəlidir. Həbs edilənlər prezident sarayının təhlükəsizlik xidmətinin əməkdaşı, Kabil Tibb Universitetinin mikrobiologiya kafedrasının müdiri, universitetin üç tələbəsi və bir nəfər Kabil vətəndaşıdır. Əfqanıstan xüsusi xidmət orqanlarının məlumatına görə, qruplaşma Vaşinqton və Nyu-Yorkda terror aktları planlaşdırırmış.

Oxunma sayı 83