“Kim Milyoner Olmak İster?” yarışmasında 1 milyon qazandı

17:50 06.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə yayımlanan "Kim Milyoner Olmak İster?” yarışmada bir ilk yaşanıb.

Hafta.az xəbər verir ki, ATV kanalında yayımlanan yarışmada ilk dəfəArda Ayten adlı iştirakçı 12 sualın hamısına düzgün cavab verib.

19 yaşlı iştirakçı yarışmadan1 milyon lirə (300 min AZN) qazanıb. Sonuncu sualda Türkiyənin İstiqlal Marşı ilə bağlı sualı cavablandıran gənc himni əzbərdən oxuyub və doğru cavabı tapıb.

Arda doğru cavabı verdikdən sonra studiyada hər kəs ayağa qalxaraq onu alqışlayıb.