Kişi nazirin övladına görə məzuniyyətə çıxacağı bilindi - GÜNÜN TƏZADLARI

18:26 15.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın Ətraf Mühit naziri  Koidzumi Sindzironun ölkə tarixində ilk dəfə dünyaya gələcək övladına qulluq etmək üçün məzuniyyət götürmək niyyətində olduğu bilindi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. Bildirilir ki, nazir övladı dünyaya gəldikdən üç ay sonra ümumilikdə iki həftə məzuniyyət götürəcək. Məzuniyyət qısa iş günü və distant iş əsasında qurulacaq ki, onun nazir vəzifəsinə və parlamentin deputatı kimi fəaliyyətinə zərər vurmasın. O, həmçinin əməkdaşları ilə elektron poçt və video-zəng vasitəsilə əlaqə saxlayacaq.

Qeyd edək ki, K.Sindziro tanınmış yapon model və teleaparıcısı Takiqava Kristellə ailəlidir.

 

Azərbaycanda yuxulayan sürücü iki piyadanı öldürdü

Sükan arxasında yuxulayan sürücü ağır qəzaya səbəb oldu. Hafta.az xəbər verir ki, Avtosfer.az-in yaydığı məlumata görə, hadisə rayon yollarının birində baş verib. Belə ki, səki ilə hərəkət edən iki nəfəri qəfildən idarəetməni itirən “Mercedes"” markalı avtomobilin sürücüsü vurub. Hadisə nəticəsində yaşlı kişi yolun kənarına düşüb. Əlində qarpız aparan gənc isə zərbənin gücündən yaxınlıqdakı kamera dirəyinə dəyib və hadisə yerindəcə keçinib.

 

Baş nazir istintaqa çağırıldı

Ermənistan tarixində ilk dəfə baş nazir Nikol Paşinyan müstəntiqin suallarını cavablandırmaq üçün İstintaq Komitəsinə (İK) getdi. Hafta.az  yazır ki, “Report” bu haqda Rusiya KİV-ə istinadən xəbər yayıb. Paşinyan bu barədə “Facebook” səhifəsində məlumat verib. O, masa arxasında əyləşərək kompüterin monitoruna baxan müstəntiqin otağında selfi edib. "Ermənistan tarixində ilk dəfə ölkənin hazırkı lideri İK-ya gəlib”, - Paşinyan yazıb. İşğalçı ölkənin Baş naziri İstintaq Komitəsinin ofisində sualları cavablandırdığını etiraf edib.

 

Qadın öz adını çəkmədən 80 yetimə geyim bağışladı

Dağıstanda bir naməlum xeyriyyəçi 80 kimsəsiz uşağı qış geyimi ilə  təmin etdi. Hafta.az  yerli mediaya istinadla xəbər verir ki, naməlum dağıstanlı qadın xeyriyyəçi  “İnsan” vəqfi vasitəsilə kimsəsizlərin təhsil aldığı internat məktəbinə 80 kisə paltar yollayıb.  Nəticədə 8 yaşdan 16 yaşa qədər  80 uşaq  qış ayaqqabıları və  üst geyimi ilə təmin olunub.

 

Aparıcı canlı yayımda general qardaşının ölüm xəbərini aldı 

Canlı yayımda general qardaşının öldüyünü öyrənən aparıcı göz yaşlarını zorla saxladı.  Hafta.az xəbər verir ki, Lenta.ru-nun məlumatına görə, həmin anın görüntüləri barədə kadrlar sosial şəbəkələrdə yayımlanıb. Bildirilir ki, İordaniyanın “Dijlah” telekanalında “Qərar sizindir” verilişinin canlı yayımı zamanı aparıcı Səhər Abbas Cəmil ölən iraqlı generalın qardaşı Tarik Abbas Cəmil olduğunu öyrənib. Jurnalist kədərli göründüyü üçün tamaşaçılardan üzr istəyib. “Jurnalist işinin əsas prinsipi şəxsi həyatı peşə vəzifələrindən ayırmaq bacarığıdır, ancaq mənə böyük qardaşımın öldüyü barədə məlumat verildi”, - deyən aparıcı göz yaşlarını zorla saxladığını bildirib. O, yayımın davam etdiriləcəyini və İraqda baş verən hər şeyi işıqlandıracaqlarını da vurğulayıb. Aparıcının qardaşı İraq HHQ-nin pilotu olub. O, Bağdad yaxınlığında “Əl-Balad” bazasına hücum zamanı həlak olub.

 

Dünyanın ən təmkinli adamı təsbit edildi

Planetin ən sakit insanı  üzə çıxdı. Hafta.az İsrail mediasına istinadla xəbər verir ki,  52 yaşlı britaniyalı Kris Hill  yer üzündəki "ən sakit insan" adını alıb.  Bu, internetdə bir kafedə kütləvi dava videosu təqdim edildikdən sonra üzə çıxıb. Həmin dava zamanı Hill heç nə olmamış kimi  nahar etməsinə görə sosial şəbəkələrin ulduzuna çevrilib.  Təzadlı olay Britaniyanın Portsmut şəhərindəki kabab kafesində  baş verib. Kafedəki müştərilərlə işçilər arasında qarşıdurma yaranıb və  52 yaşlı Hilldən başqa müəssisədəki hər kəsin iştirak etdiyi əlbəyaxa davaya çevrilib.

 

Oxunma sayı 142