Klinsmannın yeni iş yeri müəyyənləşdi

14:41 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekvador milli komandasının yeni baş məşqçisi məlum olub.

Yığmanın "sükan"ı Yurgen Klinsmanna tapşırılacaq. Alman mütəxəssisinin təyinatının yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.

Baş məşqçi karyerası ərzində Almaniya milli komandası, "Bavariya" və ABŞ yığmasında çalışan Klinsmann 2016-cı ilin noyabrından işsizdir.