Köməksiz qalan azyaşlılar xilas edilib

12:00 20.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Yasamal rayonunda ayrı-ayrı ünvanlarda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.