Korgöz qəsəbəsində səyyar qəbul keçirilib (FOTO)

16:40 19.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Korgöz qəsəbəsində səyyar qəbulu keçirilib.

Hafta.az-ın yazdığına görə, qəbulda rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ümumilikdə 50-ə yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 11 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının digər qəsəbələrdə də əhali ilə görüşləri davam etdiriləcək.

Oxunma sayı 162