Koronavirus BƏƏ-yə də çatdı

11:20 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirus aşkarlanıb. 

Hafta.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb.

Xəstəlik Çinin Uhan şəhərindən gəlmiş ailənin üzvlərində aşkar edilib. Bildirilib ki, xəstələrin vəziyyəti stabildir, hazırda onlar tibbi müşahidə altındadırlar.

Oxunma sayı 135