“Körpü Bina Tikinti” MMC-yə müddətli “məcburi göstəriş” verilib

19:07 15.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonu ərazisində süxur qarışığının qanunsuz daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.

Nazirlikdən hafta.az-a verilən xəbərə görə, araşdırma zamanı Ucar-Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə qarışıq süxurun daşınmasının rəsmi icazə və müvafiq sənədləşmə çərçivəsində “Körpü Bina Tikinti” MMC-nin sifarişi əsasında “Azpolt” MMC tərəfindən həyata keçirildiyi məlum olub.

Lakin torpaq daşınması zamanı ekoloji tələblərə əməl olunmadığı, yük avtomobillərinin yük yerinin lazımi toz buraxmayan üzlüklə örtülmədiyi və nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan tozun ətrafa yayıldığı aşkar edilib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə iş icraçısı “Azpolt” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.