Kosmosda aşkar edilən bakteriyalar insanlığı məhv edə bilər

09:10 25.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Astronavtlar Beynəlxalq Kosmik Stansiyada insanlığı təhdid edən bir növ bakteriya aşkar ediblər.

Hafta.az-ın yazdığına görə, NASA bu yerdənkənar bakteriyaların məhvedilməz olduğunu, hətta öz cinsindən başqalarının sağ qalmasına kömək etdiyini bildirib.

NASA-dan verilən açıqlamada Beynəlxalq Kosmik Stansiyanın divarında pis qoxulu bakteriyaların aşkar edildiyi bildirilib, "Kosmos gözümüzün qarşısında yeni bir həyat forması meydana gətirdi" deyilib.

Araşdırmalar nəticəsində kosmosda mutasiyaya uğramış bakteriyanın yaşadığı, onun qorxulu xüsusiyyətlərə malik olduğu və bir az da ağıllı göründüyü müəyyən edilib.

İllər əvvəl astronavtlar Beynəlxalq Kosmik Stansiyada mədə-bağırsaq xəstəliklərinə səbəb olan böyük bir bakteriya koloniyasını kəşf etmişdilər.

Araşdırmalara görə, həkimlər “Əgər bu bakteriyalar Yerə çatsa, fəlakət baş verəcək və insanlar antibiotiklərin təsirsiz olduğunu görəcəklər” deyirlər.

Oxunma sayı 132