Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) ilə birgə aparılan araşdırmada Süd Yolu Qalaktikasında altı planetin sinxron hərəkət etdiyi nadir Günəş sistemi aşkar edilib.
Hafta.az-ın yazdığına görə, NASA və ESA-dan olan astronomlar Yerdən təxminən 100 işıq ili uzaqlıqda günəş sistemini müşahidə ediblər və bütün planetlərin sinxron şəkildə hərəkət etdiyini görüblər. Kəşf NASA-nın TESS peyki və ESA-nın CHEOPS teleskopunun köməyi ilə həyata keçirilib.
Sistemin mərkəzi HD 110067 adlı günəşdən ibarətdir. Sistemin ən daxili planeti qonşu planetin iki orbiti boyunca üç orbiti tamamlayır.
Bənzər sinxron hərəkətlər sistemin digər planetləri arasında da müşahidə olunur.
Tədqiqatçılar planetlərin heç birinin həyat üçün uyğun olmadığını düşünürlər.
Planetlərin Günəş ətrafında fırlanma müddəti 9 ilə 54 gün arasında dəyişir.
Tədqiqat göstərir ki, xarici amillər planetlərin hərəkətlərinə hər hansı formada təsir edə bilər və sinxron hərəkət nadirdir. Araşdırmaçılardan Enrik Palle kəşf edilən oxşar sinxron sistemlərin sayının 50 civarında olduğunu, lakin ən çox planetin HD 110067 sistemində olduğunu bildirib.