Kosovo Demokratik Türk Partiyasının (KDTP) sədri və regional inkişaf naziri Fikrim Damka Prizrendə saxlanılıb.
Hafta.az-ın “Kosovaport”a istinadən yazdığına görə, KDTP sədri və nazir Fikrim Danka və bacısı oğlu Fuad Damka Yenilikçi Türk Hərəkatı Partiyasından (YHTP) millət vəkili namizədi Arda Maloku ilə mübahisə zəminində fiziki zorakılıq törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Müvafiq xəbərə görə, hadisə fevralın 9-da axşam saatlarında baş verib. Həmin gün YTHP prokurorluğa Damkanın Malokuya fiziki hücum etməsi ilə bağlı cinayət işi qaldırıb. Cinayət şikayətindən sonra polis Damkanı və qardaşı oğlu Fuad Damkanı birlikdə saxlayıb. Damkanın tezliklə məhkəməyə çıxarılacağı gözlənilir.
Kosovo Demokratik Türk Partiyası Damkanın saxlanması ilə bağlı açıqlama verib. Bəyanatda bu ifadələrdən istifadə edilib: "Biz Kosovo Türklərinin ən əski partiyası olaraq hər zaman cəmiyyətimizin hüquqlarını müdafiə etmişik, birlik və bütövlüyün tərəfdarıyıq. Təəssüflər olsun ki, Kosovo türklərinin sədri Fikrim Damkanın dünən axşam həbsdə saxlanması böyük üzüntü və məyusluq yaratdı. Biz bu hərəkətin bizim əleyhinə olacağımızı düşünməkdə qərarlıyıq seçkilərə kölgə salmaq üçün Kosovo Demokratik Türk Partiyası olaraq xalqımızın dəstəyi ilə bu hərəkətə qətiyyətlə qarşı çıxacağımızı bəyan edirik. Sədrimiz və regional inkişaf nazirimiz cənab Fikrim Damkanın yanındayıq. Kosovo türklərinin hüquqlarını, qanunlarını və birliyini müdafiə etməyə davam edəcəyik".